AZ

"Pizza Hut" Böyük Britaniyada 79 filialını bağlayır - 1200-dən çox işçi ixtisar ediləcək

Dünyaca məşhur “Pizza Hut” qida şəbəkəsi Böyük Britaniyada geniş ixtisar dalğası ilə gündəmə gəlib. 

Missiya.Az xəbər verir ki, şirkət ölkə üzrə 68 restoran və 11 çatdırılma məntəqəsini bağlamaq qərarına gəlib. Nəticədə təxminən 1210 nəfər işini itirəcək.

Məlumata görə, şirkət rəhbərliyi artan xərclər və vergi öhdəliklərinin pul axınını çətinləşdirdiyini bildirib.

“Biz işdən çıxarılan əməkdaşların lazımi dəstəyi almasını təmin etməyə çalışırıq,” – deyə FTI Consulting şirkətinin direktoru Matt Callaghan qeyd edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
25
1
missiya.az

2Mənbələr