AZ

"Azərbaycan Fintex Assosiasiyası"na yeni sədr təyin edilib

"Azərbaycan Fintex Assosiasiyası" ("Azfina") İctimai Birliyinin İdarə Heyəti (İH) yenidən formalaşdırılıb.

Məlumata görə, Assosiasiyanın ümumi yığıncağında üzv təşkilatlar səsvermə yolu ilə yeni İH və Nəzarət-təftiş komissiyası seçib.

Yeni seçilmiş heyətə "United Payment Azerbaijan" şirkətinin nümayəndəsi Edqar Abdullayev İH-nin sədri kimi daxil olub. O, bu vəzifədə Ruslan Talıbovu əvəzləyib.

"GoldenPay" ASC-nin nümayəndəsi Eynar Abdullayev İH sədrinin müavini seçilib.

İH-nin üzvləri sırasında "Epoint.az" şirkətindən Zeynal Kərimzadə, "PashaPay"dan İqbal Rüstəmov və "Expresspay"dən Rasim Xəmmədov yer alıblar.

Nəzarət-təftiş komissiyasına isə "PulPal" şirkətindən Mehriban Əlizadə, "Max Systems" MMC-dən Valeriya Qaniyeva və "akart.az"dan Murad Mirzə seçiliblər.

Yeni heyət Azərbaycan fintex ekosisteminin inkişafı və gücləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Azərbaycan Fintex Assosiasiyası Azfina fintex İdarə Heyəti Nəzarət-təftiş komissiyası Edqar Abdullayev Eynar Abdullayev Ruslan Talıbov United Payment Azerbaijan GoldenPay PashaPay Epoint.az Expresspay PulPal Max Systems akart.az fintex ekosistemi maliyyə texnologiyaları İctimai Birlik.
Seçilən
34
1
marja.az

2Mənbələr