Onlar 800 Amerika əsgərini Rumıniyadan, bəzi qüvvələri isə Bolqarıstan, Macarıstan və Slovakiyadan çıxarmağı planlaşdırırlar.
QHT.az xəbər verir ki, ABŞ Şərqi Avropadakı hərbi kontingentini azaldır. ABŞ Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiya da daxil olmaqla bir neçə Şərqi Avropa ölkəsindəki hərbi qüvvələrini ixtisar etməyi planlaşdırır. Bu barədə Rumıniyanın G4Media portalı hökumət mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, NATO oktyabrın 27-də Rumıniyadan təxminən 800 Amerika hərbçisinin çıxarılacağını rəsmi şəkildə bildirib. Qərar Ağ Ev tərəfindən təsdiqlənib və artıq qüvvəyə minib, baxmayaraq ki, ABŞ Konqresi onu hələ nəzərdən keçirə bilər. Hazırda Rumıniyada təxminən 1000 ABŞ əsgəri Mixail Koghelniceanu, Deveselu və Cimpia-Turzii bazalarında yerləşdirilib. Hansı bazadan çıxarılmanın başlayacağı hələlik məlum deyil.
Mənbələr bildirir ki, bu addım Rumıniyadakı siyasi vəziyyətlə bağlı deyil və daha geniş strateji yenidənqurma planının bir hissəsidir. Oxşar azalma Bolqarıstan, Macarıstan və Slovakiyada da həyata keçiriləcək.
R.İmanov