AZ

Qocalanda başa düşərsən ... Şəhər planlaması və memarlıqda yaşlı insanların da rahatlığı nəzərə alınmalıdır

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Yaponiyada tibb bacıları və qayğı işçiləri “yaşlılıq simulyasiyası” adlı təlimlərədn keçirlər. Bu təlimlərin məqsədi çox maraqlıdır. Belə ki, bu təlim zamanı yaşlı insanların həyatlarında yaşadıqları məhdudiyyətləri öz bədənlərində hiss etmək və bunun qarşılığında özlərində empatiya formalaşdırmaqdır”.

Bu barədə Bizimyol.info xəbər portalına nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev danışıb. Ekspert qeyd edib ki, təlim zamanı iştirakçılar hərəkətləri yavaşaladan jilet və qol manjetləri, görməni zəiflədən və katarakta effekti yaradan eynəklərlə təmin edilirlər. Eyni zamanda onlara eşitməni zəiflədən qulaqlıqlar və barmaqların hissiyatını azaldan qalın əlcəklər verilir. Daha sonra iştiakçılara otaqda gəzmək, pilləkən qalxmaq, kitab oxumaq kimi müxtəlif tapşırıqlara yönləndirilir və belə bir vəziyyətdə təlim iştirakçıları yaşlıların vəziyyətini başa düşə bilir.

Rauf Ağamirzəyev

Ekspertin fikrincə, Azərbaycanda yaşlıların problemləri çox zaman diqqətdən kənarda qalır. Rauf Ağamirzəyev hesab edir ki, “yaşıllıq simuliyası” təlimi tibb işçiləri üçün faydalıdır.

Rauf Ağamirzəyev qeyd edib ki, şəhər planlaması və memarlıqda piyada keçidləri, səkilər, parklar və ictimai binalar yaşlı insanların rahatlığı nəzərə alınaraq dizayn edilə bilər: “İctimai nəqliyyatda – sürücülər, dispetçerlər və xidmət işçiləri yaşlıların yavaş hərəkətini və digər məhdudiyyətlərini nəzərə almağı öyrənə bilərlər”.

Ekspertin fikrincə, bu simulyasiya universitet və təlim mərkəzlərində təədris proqramlarına daxil edilə bilər, həmçinin Səhiyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müxtəlif müəssisələrlə əməkdaşlığı ilə həyata keçirilə bilər.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
icma.az

1Mənbələr