Misli Premyer Liqasının 10-cu turunda Şamaxıda "Zirə"ni qəbul edəcək "Karvan-Yevlax"ın legioneri zədələnib.
Bölgə təmsilçisinin sözçüsü Bəhruz Musayevin Fanat.Az-a verdiyi məlumata görə, dünən Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsi çərçivəində 2-ci Liqa təmsilçisi "Şəki Siti" ilə qarşılaşan (3:1) "ağ-qaralar"ın qapıçısı Pedro Mateuş sıradan çıxıb.
Klub rəsmisi aşağı liqa komandası ilə oyunda xəsarət alan portuqaliyalı qolkiperin "Zirə"yə qarşı oynamayacağını bildirib: "Bir müddət öncə sıraya dönən Mateuş təəssüf ki, kubok oyununda yenidən eyni nahiyədən zədə alıb. Onun "Zirə"yə qarşı oynamayacağı dəqiqdir. Heyətdə Mateuşdan başqa itki yoxdur".
Qeyd edək ki, "Karvan-Yevlax" - "Zirə" matçı noyabrın 1-də keçiriləcək. Qarşılaşmanın start fiti 14:00-da səsləndiriləcək.
Nihat