ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Qlobal Əlaqələr və Əməkdaşlıq Direktorluğunun Avrasiya İdarəsinin rəhbəri Vilyam Tompsonla görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə nazir öz "X" hesabında paylaşım edib.
"Azərbaycanın Təşkilatın Avrasiya Rəqabətqabiliyyətlilik Proqramındakı rolunun gücləndirilməsi üçün potensial imkanlar və 2026-cı ildə keçiriləcək OECD Avrasiya Həftəsi barədə müzakirələrimiz oldu. Avrasiya ölkələri ilə OECD arasında əlaqələri gücləndirmək regionun iqtisadi və sosial inkişafı baxımından əhəmiyyətlidir", - deyə o bildirib.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (@OECD) Qlobal Əlaqələr və Əməkdaşlıq Direktorluğunun Avrasiya İdarəsinin rəhbəri Vilyam Tompsonla görüşdə #Azərbaycan və #OECD arasında #investisiya, #maliyyə, #ticarət, sahibkarlıq, #nəqliyyat və digər sahələrdə əməkdaşlıq… pic.twitter.com/L2kHyMdjxg
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 29, 2025
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.