Sea Breeze
Xurma, nar, pomidor və digər bitkiçilik məhsullarının xarici bazarlara ixracı istiqamətində görülən tədbirlər intensiv şəkildə davam etdirilir.Məqsəd Azərbaycan məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması və ixrac prosesinin beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır.İxrac zamanı beynəlxalq ticarət vasitəsilə karantin zərərvericilərinin yayılmasının qarşısının alınması məqsədilə “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələn öhdəliklərə və bu çərçivədə təsdiq edilmiş Beynəlxalq Standartlara ciddi riayət olunmalıdır. Bununla yanaşı, ixracatçılardan idxalçı ölkələrin qablaşdırma və etiketləmə tələblərinə əməl edilməsi tələb olunur.Bitkiçilik məhsullarının daşınmasında istifadə edilən taxta altlıqlar və digər qablaşdırma materialları beynəlxalq standartlara uyğun şəkildə işlənməli, məhsulların etiketlənməsi isə idxalçı ölkələrin tələblərinə əsaslanmalıdır. Etiketlərdə yerləşdirilən məlumatların oxunaqlı, davamlı və beynəlxalq norma və standartlara uyğun olması vacib şərtlərdən biridir.Ənənəvi qablaşdırmadan müasir qablaşdırma vasitələrinə keçid və beynəlxalq standartlara uyğun etiketləmə üsullarının tətbiqi məhsulların ixrac potensialını artırmaqla yanaşı, onların daşınması, saxlanması və bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə də şərait yaradır.Bu səbəbdən Agentlik ixrac prosesində iştirak edən bütün təsərrüfat subyektlərini bitkiçilik məhsullarının qablaşdırılması və etiketlənməsi ilə bağlı beynəlxalq və idxalçı ölkələrin tələblərinə ciddi riayət etməyə çağırır.
Medinex
ETX
Medinex
ETX
Medinex
ETX