AZ

PAŞA Kapital 45%-lik bazar payı ilə sektorun lideridir

Bakı. Trend:

Azərbaycan kapital bazarlarının lider investisiya şirkəti olaraq15 ilə yaxındır ki, fəaliyyətini uğurla davam etdirən PAŞAKapital, 2025-ci ilin yanvar-sentyabr aylarının nəticəsinəəsasən birincilik mövqeyini daha dagücləndirib.

Bakı Fond Birjası tərəfindən açıqlanan hesabatda PAŞAKapital 36 milyard 388 milyon manatdan artıq dövriyyəhəcmi ilə ilk pillədə qərarlaşıb. Eyni zamanda, MərkəziBankın notları, Repo, Dövlət və Korporativ istiqrazlarbazarlarında aparılan əməliyyatların həcminə görə yerli bazarınlideri kimi fərqlənib.

Kapital bazarlarının inkişafına davamlı töhfə verən PAŞAKapital İnvestisiya Şirkətinin 2025-ci ilinyanvar–sentyabr ayları üzrə göstəriciləri, ötən ilin eyni dövrü iləmüqayisədə diqqətçəkici artım nümayiş etdirir:

  • Ümumi dövriyyə həcmindəki 82% artım, şirkətin45%-lik bazar payı ilə liderlik mövqeyinitəsdiqləyib;
  • Dövlət istiqrazları bazarında dövriyyə həcmi 181%artaraq rekord nəticə göstərib;
  • Korporativ istiqrazlar bazarındakı dövriyyənin 35%artımı qeydə alınıb;
  • Repo əməliyyatlarındakı 74%-lik artım bazarınaktivliyini nümayiş etdirib.

Həmçinin, korporativ istiqrazlar bazarında 1 milyard 343milyon manat ticarət dövriyyəsi, Mərkəzi Bankınnotları üzrə 697 milyon manat, MaliyyəNazirliyinin istiqrazları üzrə 9 milyard 604 milyon manatsəhmlər bazarında 4.6 milyon manatdan artıqəməliyyat qeydə alınıb.

Azərbaycanın aparıcı investisiya şirkəti olan PAŞAKapital, yerli kapital bazarlarında hüquqi və fizikişəxslərə brokerlik, anderraytinq, portfel idarəçiliyi,maliyyə məsləhətləri və tədqiqat xidmətləri üzrə genişspektrli həllər təqdim edir.

Əlavə olaraq, qlobal maliyyə bazarlarında aktiv ticarətimkanları ilə maraqlanan investorlar üçün PAŞA KapitalTicarət Platforması vasitəsilə 3000-dən çoxalətdən istifadə etməklə müxtəlif investisiya fürsətləriniəlçatan edir.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətlərihaqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlayavə ya https://www.pashacapital.az/saytına daxil ola bilərsiniz.

Məqalədə:
Seçilən
25
az.trend.az

1Mənbələr