Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin oyunları davam edir.
Publika.az xəbər verir ki, 1/8 finala vəsiqə qazanan daha 3 komandanın adı məlum olub. “Şahdağ Qusar”, “Difai” və “Sumqayıt” növbəti mərhələyə vəsiqə qazanıb.
Son 3 vəsiqənin sahibinə gün ərzində aydınlıq gələcək. Hazırda “Qəbələ” “Mingəçevir”lə, “Şamaxı” “Səbail”lə qarşılaşır. “Neftçi” - MOİK matçı isə saat 19:00-da başlayacaq.
Ötən gün baş tutan görüşlərdən sonra “Kəpəz”, “Karvan”, “İmişli”, “Turan Tovuz”, “Baku Sportinq” və “Şəfa” komandaları 1/8 finala vəsiqə qazanıblar.
Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsi
 29 oktyabr
 
                        