AZ

Azərbaycanda işləmiş məşhur məşqçi Türkiyə klubundan ayrıldı

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tanınmış rusiyalı mütəxəssis Sergey Yuran Türkiyənin "Serik Bələdiyyəspor" klubunun baş məşqçi postunu tərk edib.

Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Daha əvvəl rusiyalı mütəxəssis mətbuat konfransında komandadan öz istəyi ilə ayrılmaq niyyətində olduğunu açıqlamışdı. O, futbolçuların və məşqçilər korpusunun uzun müddətdir maaş almadıqlarını, belə şəraitdə nizam-intizamın saxlanmasının mümkünsüz olduğunu vurğulamışdı.

Yerli media klubun futbolçularının ödənişlərin səkkiz həftə gecikməsinə etiraz olaraq məşqdən imtina etdiklərini də yazmışdı. Yuran Türkiyə klubunda 2025-ci ilin iyulundan çalışıb. "Serik Bələdiyyəspor" Türkiyənin sayca 2-ci liqasında 11 oyundan sonra 13 xalla 20 komanda arasında 13-cü yeri tutur.

Xatırladaq ki, Yuran məşqçilik karyerasında Azərbaycanda da işləyib. O, 2011-12-ci illərdə hazırda fəaliyyətini dayandırmış Zaqatalanın "Simurq" klubuna rəhbərlik edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
oxu.az

1Mənbələr