AZ

Azərbaycanda çalışmış məşqçi Türkiyədən qovuldu

Türkiyənin 1-ci Liqa təmsilçisi “Serik Bələdiyəspor” rusiyalı baş məşqçisi Sergey Yuranla yollarını ayırıb. 

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

56 yaşlı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Yuran yayda komandanın “sükanı arxasına” gətirilmişdi. Onunla müqavilənin müddəti bir mövsümlük idi. 

“Serik Bələdiyəspor” hazırda Türkiyə birinci liqasında 13 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Yuran vaxtilə Azərbaycan klubu "Simurq"u çalışdırıb. 

Seçilən
3
fanat.az

1Mənbələr