AZ

Deputat: “Ermənistan sülh niyyətini sübut etsə, qarşılıqlı səfərlər regionda yeni dövrün təməli olacaq”

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Ermənistan bu gün Azərbaycan və Türkiyə ilə münasibətləri maksimum yaxınlaşdırmağa çalışır. Ötən münasibətlərin səhifəsini bağlayıb, yeni bir səhifə açmaq istəyir. Əgər bu, Azərbaycan və Türkiyə ilə mehriban qonşuluğun əsasını qoymaq məqsədi daşıyırsa alqışlanandır”.Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.Deputat bildirib ki, dünyada əbədi düşmənlər yoxdur, əbədi münaqişə vəziyyətində yaşayan cəmiyyətlər yoxdur. “Azərbaycan bu gün ərazi bütövlüyünü təmin edib, sərhədlərinə çıxıb. Türkiyə isə həmişə Azərbaycanın yanında olub. Hazırda Ermənistanla münasibətlərin normallaşmasından sonra Azərbaycan bu münasibətləri qurmağa hazır olduğunu bildirib. Avropa Siyasi Birliyi Sammiti gələn ilin yayında keçiriləcək. Həmin vaxta qədər Ermənistan Konstitusiyasında dəyişiklik edib Azərbaycanın ərazisinə olan iddialardan imtina edərsə və sülh müqaviləsi imzalanarsa, bu, böyük bir irəliləyiş olar. Azərbaycan artıq sülh müqaviləsini paraflayıb, gözlədiyi isə Ermənistanın hüquqi əsasları yəni hüquqi normativ sənədlərini dəyişməsidir”.Millət vəkili qeyd edib ki, bundan sonra qarşılıqlı səfərlər də ola bilər:“Həm Azərbaycan rəsmilərinin İrəvana, həm də Ermənistan rəsmilərinin Azərbaycana səfərləri baş tuta bilər. Bir müddət əvvəl Ermənistanın Kəşfiyyat Xidmətinin rəhbəri Bakıda səfərdə olmuşdu. Bu onu göstərir ki, Ermənistan cəmiyyətində az da olsa sağlam düşüncə formalaşmağa başlayır. Azərbaycan isə həmişə Ermənistanla beynəlxalq hüquq və mehriban qonşuluq prinsipləri əsasında münasibət qurmağı təklif edib. Azərbaycan öz tərəfindən buna hazırdır. Ermənistan tərəfinin səmimiyyəti və praktiki addımlarına əsasən, Azərbaycan da uyğun addımlar atacaq”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
demokrat.az

1Mənbələr