ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son günlər Urmiyada 20-dən çox azərbaycanlı fəal saxlanılıb. Onlardan Ata Kərimi və Əmir İbrahimli Urmiya Mərkəzi Həbsxanasına köçürülüb.
Bakupost.az Güney Azərbaycan “Telegram” kanallarına istinadən xəbər verir ki, Puyan Yəzdani və Əli Paşayi adlı fəallar da dindirildikdən sonra eyni həbsxanaya göndərilib.
Ata Kərimiyə qarşı iki ittiham – ictimai asayişi pozmaq və təhqir ittihamı irəli sürülüb.
Fəallar ötən həftə iş yerlərində zorakılıqla saxlanılıblar və avadanlıqları müsadirə edilib. Həbs olunanların sağlamlıq durumu ağırdır, lakin dərmanları hələ də çatdırılmayıb.
Cavid, BakuPost
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.