NVIDIA GTC 2025 konfransı zamanı fırıldaqçılar NVIDIA-nın baş direktoru Jensen Huang-ın deepfake (süni intellektlə yaradılmış saxta) versiyasını nümayiş etdirən saxta canlı yayım təşkil ediblər.
QHT.az xəbər verir ki, Yayımda “Huang” şübhəli kriptovalyuta investisiyalarını təbliğ edib və izləyiciləri “airdrop”da iştirak üçün QR kodu vasitəsilə pul göndərməyə çağırıb. Saxta video YouTube axtarışlarında rəsmi yayımı üstələyərək 95.000 izləyici cəlb edib. Jurnalist Dilan Martin hadisəni ilk olaraq aşkarlayaraq sosial şəbəkələrdə “QR koduna klikləməyin – bu fırıldaqdır” xəbərdarlığı edib.
Rəsmi GTC yayımı cəmi 12.000 izləyici toplayıb. NVIDIA hadisə ilə bağlı hələ rəsmi açıqlama verməyib.
R.İmanov