AZ

35 yaşlı qadın parkda dincələn həmcinsinə ağır xəsarət yetirdi TƏFƏRRÜAT

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakının Yasamal rayonunda iki qadın arasında yaranan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 2023-cü ilin iyulun 11-də rayonunun M.Xiyabani küçəsi 10 ünvanında yerləşən parkda baş verib. Goranboy rayon sakini, 1990-cı il təvəllüdlü Xumar həmin ərazisində yerləşən parkda istirahət edən Qənirəyə (adlar şərtidir – red.) yaxınlaşıb və guya azyaşlı uşağının onun  tərəfindən döyülməsini bəhanə edib, onunla mübahisə yaradıb. Bu zaman o, bir dəfə təpiklə Qənirənin arxa tərəfindən vuraraq yerə yıxıb. Nəticədə ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Xumarın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, xadimə işləyir: “Mənim iki oğlan, biri qız olmaqla, üç övladım var və övladlarımı tək böyüdürəm. Zərərçəkmiş şəxs mənim qonşumdur. Hadisə günü, axşam saatlarında işdən evə qayıdan zaman qonşumuz Almaz zəng etdi və Qənirənin yaxınlıqda yerləşən parkda qızımı vurduğunu bildirdi. Mən isə dərhal həmin yerə doğru gəldiyimi bildirdim. Bir qədər sonra həmin parka gəldim. Oradakı uşaqlardan birindən burada nə baş verdiyini soruşdum. Vüqar adlı bir uşaq futbol oynadıqları zaman topun Qənirəyə dəydiyini, Qənirənin də onları söyməyə başladığını və qızım İlhaməyə əli ilə şillə vurduğunu bildirdi. Bundan sonra qızımın üz nahiyyəsinin bir tərəfinin qızardığı gördüm və əsəbiləşərək parkda Qənirənin yanına getdim. Ona “sən kimsən ki, mənim uşağıma vurursan” dedim və onu itələdim. Bundan sonra Qənirə arxa-arxaya getdi və ayaqları bir-birinə ilişərək yıxıldı. Bundan sonra ona köməklik etməyərək oradan getdim. Qızımı vurduğu üçün Qənirəni itələmişəm. Amma ona təpik vurmamışam”.İş üzrə zərərçəkmiş Qənirənin sözlərinə görə, hadisə günü axşam saatlarında parkdan evə qayıdan zaman qonşusu Xumar ona yaxınlaşıb və üzünə şillə vurub: “Xumardan mənə niyə şillə vurduğunu soruşdum. O, uşaqlarını döydüyümü bildirdi. Ona uşaqlarına əlimi də vurmadığımı bildirsəm də, məni itələdi. Xumar məni itələdiyi üçün yerə yıxıldım. Həmin vaxt yerdə olan zaman ayağıma təpiklə vurdu. Bundan sonra Xumar oradan uzaqlaşaraq getdi. Həmin vaxt yoldan keçən iki nəfər tanımadığım oğlan məni yerdən qaldıraraq evə apardılar. Xumarın mənə yetirdiyi xəsarətlər nəticəsində ayağım sınıb, 1 il 8 ay ərzində gəzə bilməmişəm. Xumarın uşaqlarını vurmamışam. Ümumiyyətlə, onun uşaqlarını tanımıram”.Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddətində yaşayış yerini saat 00:00-dan saat 07:00-dək tərk etməsi qadağan olunub. Ona bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb. Bundan əlavə təqsirləndirilən şəxsə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməsi qadağan olunub. Müəyyən edilmiş müddət ərzində onun üzərinə müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
demokrat.az

1Mənbələr