AZ

Məzahir Pənahovun qardaşı oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edildi

BAKI, 29 oktyabr. TELEQRAF

Prezdentin sərəncamı ilə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə üç hakim təyin olunub.

Teleqraf-ın xəbərinə görə, Hüseyn İnanc oğlu Hüseynli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən, Nigar Arzu qızı İmanova Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən, Babək Əkbər oğlu Pənahov Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin ediliblər.

Qeyd edək ki, Babək Pənahov Mərkəzi Seçki Kommisiyasının sədri Məzahir Pənahovun qardaşı oğludur.

Xatırladaq ki, bir müddət əvvəl hər üç hakim Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam olunmuşdular.

Seçilən
21
4
teleqraf.com

6Mənbələr