AZ

Şimali Koreya Trampı raketlərlə hədələyib

Şimali Koreya ABŞ prezidenti Donald Trampın Cənubi Koreyaya səfəri ərəfəsində dənizdən-yerə strateji qanadlı raket sınağı keçirdiyini açıqlayıb.

QHT.az xəbər verir ki, Sarı dənizdə həyata keçirilən 130 dəqiqəlik uçuşun əvvəlcədən müəyyən edilmiş hədəfləri vurduğu bildirilib. Koreya İşçi Partiyasının Mərkəzi Hərbi Komissiyasının sədr müavini Pak Conq Çon sınağın məqsədinin “nüvə müharibəsi imkanlarını gücləndirmək” olduğunu deyib. O, müxtəlif strateji silahların etibarlılığını sınaqdan keçirməyin və hərbi gücü nümayiş etdirməyin vacibliyini vurğulayıb.

Raket sınağının Trampın Yaponiyadan Cənubi Koreyaya səfəri öncəsi baş verməsi Vaşinqtonda təhdid kimi qiymətləndirilib. Tramp isə səfəri zamanı Kim Çen Inla görüşməyə hazır olduğunu bəyan edib və onların “yaxşı münasibət” saxladıqlarını qeyd edib. Şimali Koreyanın son addımı mümkün Tramp–Kim görüşü barədə müzakirələri yenidən gündəmə gətirib.

 

R.İmanov

Seçilən
26
qht.az

1Mənbələr