ABŞ Venesuela prezidentini qaçırmağa cəhd edib
Ajans.az Associated Press-ə istiandən xəbər verir ki,federal agent Edvin Lopez gizli görüş zamanı pilotla danışıqlar aparıb və ona bu əməliyyata görə “çox varlı bir adama çevriləcəyini” vəd edib. Lakin görüş gərgin keçib və pilot birbaşa cavab verməkdən yayınıb. Bununla belə, o, Lopezə mobil nömrəsini verib, bu da ABŞ tərəfi üçün müəyyən ümid doğurub. Növbəti 16 ay ərzində Lopez pilotla şifrəli mesajlaşma tətbiqi vasitəsilə əlaqəni davam etdirib, hətta hökumət vəzifəsindən istefa verdikdən sonra belə əlaqəni kəsməyib. AP qeyd edir ki, bu hadisə Soyuq Müharibə dövrü casus trillerlərini xatırladır – burada lüks şəxsi təyyarələr, hava limanı anqarında gizli görüşlər, diplomatik risklər və Maduronun yaxın çevrəsindən olan şəxslərlə əlaqələr ön plandadır. Hətta Venesuela prezidentini pilotun sadiqliyinə inandırmaq üçün əlavə plan da hazırlanıb. AP-nin yazdığına görə, bu hadisə ABŞ-ın neftlə zəngin Venesuelada hakimiyyət dəyişikliyi yaratmaq üçün illərdir apardığı gizli səylərin növbəti nümunəsidir. Agentliyin qeyd etdiyi kimi, bu cəhdlər çox zaman “həyasızcasına və birbaşa şəkildə” həyata keçirilib.