AZ

Azərbaycanı Avropa çempionatında 9 cüdoçu təmsil edəcək

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 29 oktyabr, AZƏRTAC

Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatı keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan bu yarışda 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq.

Qitə turnirində 38 ölkədən 314 idmançı medallar uğrunda mübarizə aparacaq.

Yarışda Murad Muradlı, Hüseyn Allahyarov (60 kiloqram), İslam Rəhimov (66 kiloqram), Vüsal Qələndərzadə, Ömər Rəcəbli (81 kiloqram), Vüqar Talıbov, Aslan Kotsoyev (90 kiloqram), Əjdər Bağırov (100 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) çıxış edəcəklər.

Qeyd edək ki, Avropa çempionatı oktyabrın 31-dən noyabrın 1-dək davam edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
azertag.az

2Mənbələr