AZ

iTicket də bilet satışı yenə xaosa səbəb oldu (FOTO)

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" (Azərbaycan) - "Çelsi" (İngiltərə) oyununun biletləri satışa çıxarılıb. Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manata təklif olunub.

Amma biletlər satışa çıxan kimi yenə ənənəvi problem ortaya çıxıb.

Qaynarinfo xəbər verir ki, biletlərin satıldığı iTicket.az satış başlayan kimi çöküb, bilet almaq istəyənlərə uzun növbələr təklif edib. Nəticədə azarkeşlər bilet almaqda ciddi problemlə üzləşib.

Bir qədər sonra saytın fəaliyyəti normala dönsə də, artıq ucuz biletlər "satılıb" qurtarıb. Satışda yalnız 200 manatdan baha biletlər qalıb. Maraqlıdır ki, əgər sayt həqiqətən çökübsə və satış mümkün deyilsə, bu qədər bileti kim və necə alıb? 

Bu, ilk belə hal deyil. Bundan əvvəl də "Qarabağ"ın Avropa oyunları üçün bilet satışında iTicket.az platforması ilə əlaqəli dəfələrlə eyni problem müşahidə olunub: server yüklənməsi, sistemin çökməsi, növbələrin uzunluğu və yaranan şübhələr... Lakin problemin səbəbkarı olaraq hər dəfə "sistem" (?) göstərilib. 

Əgər həqiqətən də sistemdə problem varsa, niyə birdəfəlik həll edilmir? "Qarabağ" ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirir və maksimum 30 min bilet satılır. 30 min bileti normal şəkildə sata bilməyən sistem kimə lazımdır? Bəs, bir oyuna 70-80 min biletin satıldığı ölkələrdə eyni problemlər niyə yaşanmır?

Yəqin ki, bu dəfəki problemlə bağlı da məntiqli bir açıqlama veriləcək...

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
qaynarinfo.az

1Mənbələr