AZ

Özbək qadını öldürən şəxsə ömürlük həbs cəzası verildi

BAKI, 29 oktyabr. TELEQRAF

Türkiyənin İstanbul şəhərində 47 yaşlı Özbəkistan vətəndaşı V.U.-nu bıçaqlayaraq öldürən 47 yaşlı R.A. qəsdən öldürmə ittihamı üzrə ömürlük həbs cəzasına məhkum edilib.

Teleqraf xəbər verir ki, cinayət bu il aprelin 18-də baş verib.

Birlikdə yaşayan cütlüyün arasında mübahisə zamanı R.A. V.U.-nu yerə yıxaraq bir neçə dəfə bıçaq zərbələri endirib. Qonşular hadisəyə müdaxilə etməyə çalışsalar da, şübhəli cinayət yerindən qaçıb və qısa müddət ərzində polis tərəfindən saxlanılıb.

İş İstanbulun 17-ci Ağır Cinayətlər üzrə məhkəməsində araşdırılıb. Prokuror qəsdən öldürmə maddəsi üzrə cəzanın təyin olunmasını tələb edib. Məhkəmə heyəti R.A.-nı həmin maddə üzrə ömürlük həbsə məhkum edib. Hadisə zamanı mərhumun çantasını götürməsi talançılıq deyil, oğurluq kimi qiymətləndirilib və bunun üçün 6 il həbs cəzası verilib.

Təhqiqat materiallarına görə, təqsirləndirilən şəxs peşman olduğunu desə də, məhkəmə cəzanı yüngülləşdirməyib.

Seçilən
30
teleqraf.com

1Mənbələr