AZ

Barselona Cənubi Amerika turnesindən 7 8 milyon qazana bilər

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Barselona" yaxın gələcəkdə Peru da daxil olmaqla, Cənubi Amerikada yoxlama oyunları keçirmək niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Kataloniya klubunun nümayəndələri qarşıdakı matçın təşkili üzrə danışıqlar aparırlar. Tərəflər razılığa gəlsələr, "Barselona" bu oyunlardan təxminən 7–8 milyon avro gəlir əldə edəcək.

Qeyd edək ki, "Barselona" sonuncu matçını La Liqanın 10-cu turunda "Real"a qarşı keçirib və 1:2 hesabı ilə məğlub olub. Komanda hazırda 22 xalla turnir cədvəlində 2-ci, "Real" isə 27 xalla liderdir. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
sport24.az

1Mənbələr