AZ

Kimya üzrə əlaçı narkoticarətçi çıxdı – “dahiyə” 9 il həs veriləcək

Musavat.com xəbər verir ki, Ukraynanın Vinnitsa şəhərində məktəb olimpiadalarının qalibi olmuş gənc kimyaçı biliyini cinayət biznesinə çevirməklə məşğul olub.

Polisin açıqlamasına görə, 27 yaşlı bu şəxs evində gizli narkolaboratoriya yaradaraq amfetamin, alfa-PVP və mefedron istehsal edib. Onun hər ay bu “kimyəvi biznesdən” 500 min qrivnə qazanc əldə etdiyi müəyyənləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində “Vinnitsa dahisi” saxlanılıb və indi öz səhvlərinin “düsturunu” düşünmək üçün 9 il azadlıqdan məhrum ediləcək.

Musavat.com

Seçilən
30
1
musavat.com

2Mənbələr