AZ

Pekin Tayvanla birləşmək üçün güc tətbiqini istisna etmir

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Biz heç bir şəkildə güc tətbiqindən imtina edəcəyimizə söz vermirik”

“Çin hakimiyyəti heç bir halda materikin Tayvan adası ilə güc yolu ilə birləşdirilməsi ideyasından əl çəkməyəcək”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Çinin Dövlət Şurasının Tayvan İşləri İdarəsinin sözçüsü Penq Çinqen deyib.

"Biz dinc yolla birləşmək üçün geniş imkanlar yaratmağa hazırıq və bu məqsədə ən yüksək səmimiyyət və səylə çalışacağıq. Lakin biz heç bir şəkildə güc tətbiqindən imtina edəcəyimizə söz vermirik və bütün zəruri tədbirləri görmək hüququnu özümüzdə saxlayırıq", - deyə o Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 20-ci plenar iclasından sonra yayımlanan bəyanatda Tayvanla bağlı ifadəni şərh edərkən bildirib.

Bəyanatda Pekinin materikin Tayvan adası ilə birləşməsini asanlaşdırmaq niyyətində olduğu bildirilir, lakin bunun dinc bir proses olub-olmayacağı qeyd edilməyib.

Sözçü əlavə edib ki, Pekin Taybeylə qarşılıqlı əlaqələrində "bir ölkə, iki sistem" prinsipinə sadiq qalmağa davam edəcək. O qeyd edib ki, dinc birləşmə prosesi Tayvan boğazının hər iki tərəfində birgə səylər tələb edir.

“Ümid edirik ki, Tayvandakı soydaşlarımız sözdə müstəqillik tərəfdarlarının separatizminə və xarici müdaxiləyə qətiyyətlə qarşı çıxacaq, milli birliyin böyük məqsədini sarsılmaz şəkildə davam etdirəcək və Çin millətinin uzunmüddətli çiçəklənməsini və onun böyük dirçəlişinin şöhrətini birgə təşviq edəcəklər”, - deyə Penq Qinqen fikrini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
ayna.az

1Mənbələr