Cəbrayıl. Trend:
Mediatur iştirakçıları ölkə başçısının təməlini qoyduğu Cəbrayılşəhər məscidində olublar.
Trend-in yerli müxbirininməlumatına görə, bu barədə bu gün Cəbrayıla mediatur çərçivəsindəCəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti vəİdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiriİlhamiyyə Rzayeva jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, işğaldan əvvəl burada 5 məscid, 40-dan çoxziyarətgah, 20-dən artıq tarixi-memarlıq abidəsi olub. İşğaldövründə digər ərazilərimizdə olduğu kimi, bu rayondakı tarixi-diniabidələrimiz ermənilər tərəfindən məhv edilib. Məscidin ümumisahəsi 1530 kvadratmetrdən çox olacaq:
"Burada eyni vaxtda 615 nəfər ibadət edə biləcək. İkimərtəbəliməscid binasında eyni anda kişilərin və qadınların ibadət etmələriüçün şərait olacaq. Məsciddə icma zalı, avtomobil dayanacağı,söhbətgah yaradılacaq. Məscidin minarələrinin hündürlüyü 34,2 metr,günbəzin hündürlüyü isə 22,6 metr olacaq".
"Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağın vəŞərqi-Zəngəzurun tarixi-dini və mədəni abidələrinin bərpası,yenilərinin inşası istiqamətində Azərbaycan dövləti tərəfindənmühüm işlər görülüb. Bu xüsusda 2017-ci ildə Cocuq Mərcanlıkəndində inşa edilən, Şuşa məscidinin bənzəri olan məscidi qeydetmək olar", - o əlavə edib.