AZ

Çəkiyə nəzarət döş xərçəngi riskini azaldır

Qadınlarda ən çox rastlanan xərçəng növü olan döş xərçənginin əsas səbəblərindən biri artıq çəkidir. Mütəxəssislərə görə, az da olsa arıqlamaq bu riski nəzərəçarpacaq dərəcədə azaldır.

E-saglam.az xəbər verir ki, döş cərrahı Dos. Dr. Enver Özkurt bildirib ki, yağ toxuması sadəcə enerji anbarı deyil, eyni zamanda hormon istehsal edən aktiv orqandır:

“Artıq yağ orqanizmdə iltihabı və hormonal pozğunluğu artırır, bu da hüceyrə böyüməsini və xərçəng riskini yüksəldir. Kilo vermək bu riski xeyli azaldır.”

Menopauzadan sonra risk artır:

Menopauza dövründə bədəndə estrogen azalır və onun əsas mənbəyi yağ toxuması olur. Bu da xüsusilə hormon müsbət döş xərçəngi riskini yüksəldir.

Araşdırmaya görə:

- 2–4,5 kq arıqlayanlarda risk 18%,

- 4,5–9 kq arıqlayanlarda 25%,

- 9 kq-dan çox arıqlayanlarda isə 30%-dən çox azalır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
20
e-saglam.az

1Mənbələr