AZ

Göyçayda qayda pozan “VAZ” sürücüsü qəza törətdi VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 29-da səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 23-BX-642 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşın, 77-SJ-436 dövlət nömrə nişanlı “Geely” markalı avtomobillə toqquşub. Qəzaya səbəb “VAZ” sürücüsünün yolayrıcını keçmə qaydasını pozması olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
avtosfer.az

1Mənbələr