Bakı. Trend:
Fransada Paris şəhər məhkəməsi iyun ayında ölkədə həbs olunmuşrusiyalı basketbolçu Danil Kasatkinin ABŞ-yə ekstradisiya olunmasıbarədə qərar çıxarıb.
Bu barədə Trendxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, məhkəmə Amerika hökumətinin ekstradisiya iləbağlı vəsatətini təmin edib.
Basketbolçu Amerikada “kibercinayətlər” və “elektron dələduzluq”ittihamları üzrə 25 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Qeyd edək ki, 26 yaşlı Kasatkin iyulun 21-də ABŞ-ın tələbi iləParis hava limanında həbs olunmuşdu.