Bakı. Trend:
Azərbaycan və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD)arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Trendİqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu, iqtisadiyyatnaziri Mikayıl Cabbarovun İqtisadi Əməkdaşlıq və İnkişafTəşkilatının (OECD) Qlobal Əlaqələr və Əməkdaşlıq DirektorluğununAvrasiya İdarəsinin rəhbəri Vilyam Tompsonla görüşü zamanı baştutub.
Görüşdə Azərbaycanın OECD-nin Avrasiya RəqabətqabiliyyətlilikProqramının bir hissəsi olan Şərqi Avropa və Cənubi QafqazTəşəbbüsü çərçivəsində Təşkilatla fəal əməkdaşlıq etdiyivurğulanıb. İqtisadi diversifikasiya, rəqabətqabiliyyətininartırılması, rəqəmsallaşma və investisiya mühitinintəkmilləşdirilməsi, kiçik və orta sahibkarlığın inkişafı kimiistiqamətlərdə səmərəli tərəfdaşlığın həyata keçirildiyi qeydedilib. Bildirilib ki, Avrasiya ölkələri ilə OECD arasındaəlaqələrin gücləndirilməsi regionun iqtisadi və sosial inkişafıbaxımından əhəmiyyətlidir.
Tərəflər investisiya, maliyyə, ticarət, sahibkarlıq, nəqliyyatvə digər sahələrdə əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.Hərtərəfli əməkdaşlıq üçün potensial imkanlar və 2026-cı ildəkeçiriləcək OECD Avrasiya Həftəsi barəsində müzakirələraparılıb.