Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Dallas Maveriks" klubunun tanınmış basketbolçusu Brendon Uilyams Dallas hava limanında saxlanılıb.
Oxu.az DILLS portalına istinadən xəbər verir ki, 25 yaşlı idmançı 36 qram marixuananı keçirməyə cəhddə ittiham olunur.
"Dallas Maveriks" klubu Uilyamsın saxlanması ilə bağlı sorğuya şərh verməkdən imtina edib.
Məlumata görə, terminalda baqajın yoxlanılması zamanı içərisində bitki mənşəli maddə olan konteyner aşkar olunub. Basketbolçu çamadan və konteynerin onun olduğunu etiraf edib. O bildirib ki, çantanı meneceri yığıb. Konteyner götürülüb, axtarışdan sonra içərisindən narkotik maddə aşkar edilib.
İdmançının aeroportda olarkən, şəxsi işləri ilə əlaqədar komandası tərəfindən birgünlük icazəli olduğu da bildirilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.