Bakı. Trend:
Ceyhun Bayramov Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılışmərasimində iştirak edib.
Trend xəbər verir ki, bubarədə Azərbaycan XİN rəhbəri "X" sosial şəbəkə hesabılndapaylaşımedib.
"Omanın Məsqət şəhərində Azərbaycan Respublikası səfirliyininrəsmi açılış mərasimində iştirak etməkdən məmnunam. Bu yenidiplomatik missiya ölkələrimiz arasında artan tərəfdaşlığı əksetdirən əhəmiyyətli bir mərhələni qeyd edir.
Biz ticarət, investisiya, mədəniyyət və turizm sahələrindəikitərəfli əməkdaşlığımızı dərinləşdirməyə, həm Azərbaycan, həm dəOman xalqları üçün yeni imkanlar açmağa sadiqik.
Bu addımlar siyasi dialoqun, insanlararası əlaqələrin vəuzunmüddətli tərəfdaşlığın gücləndirilməsinə olan ortaqöhdəliyimizi əks etdirir", - paylaşımda əlavə olunub.