Rusiya prezidenti Vladimir Putin nüvə enerjisi ilə işləyən “Poseydon” sualtı gəmisinin qarşısını almağın mümkün olmadığını bildirib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin hərbçilərlə görüşü zamanı bildirib.
"Dünyada sürət və dərinlik baxımından bu pilotsuz sualtı aparatın bənzəri yoxdur və çətin ki, tezliklə peyda olsun. Və onun qarşısını almaq üçün heç bir yol yoxdur", - dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, oktyabrın 29-da Putin "Poseydon"un son sınaqlarını açıqlayıb. O, bunu "böyük uğur" adlandırıb və sistemin Hərbi Dəniz Qüvvələrinin inkişaf proqramının bir hissəsi olaraq sınaqdan keçməyə davam etdiyini bildirib.