Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Litva Belarusla quru (avtomobil) yolu sərhədini bir ay müddətinə tamamilə bağlayır.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu qərar Litva hökumətinin iclasında qəbul edilib.
"Vətəndaşların təhlükəsizliyi hökumətin müzakirə edilməz prioritetidir, buna görə də müəyyən təhdidlərin gəldiyi Belarusla sərhədi bağlamaq lazımdır", - deyə Litvanın Baş naziri İnqa Ruqinene iclasda bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.