“Əgər Rusiya NATO-nun ürəyinə - Brüsselə zərbə endirərsə, biz Moskvanı yer üzündən siləcəyik”.
Paralel.az xəbər verir ki , bunu Belçikanın müdafiə naziri Teo Franken “De Morgen” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Qərb özünü qorxutmağa imkan verməməli və Rusiya hərbi gücünü ciddi qəbul etməlidir.
 
O əlavə edib ki, Rusiyanın Ukraynada hərbi yolla qələbə qazanması ehtimalı azdır, lakin neft gəlirlərini azaltmaqla onu iqtisadi cəhətdən sındırmaq mümkün ola bilər:
“Bu, təcavüzkarın hərbi iqtisadiyyatının mühərrikini boğmağa yardım edər”.
 
                        