Bakı.Trend:
2025-ci il 29 oktyabr tarixində ölkəmizdə səfərdə olanQazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının sədri DmitriyMalaxovun rəhbərlik etdiyi nümayəndə heyəti AzərbaycanRespublikasının Ali Məhkəməsində olub.
Trend xəbərverir ki, bu barədə Ali məhkəmənin mətbuat xidməti məlumatyayıb.
Bildirilib ki, qonaqları salamlayan Ali Məhkəmənin sədri İnamKərimov Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıqmünasibətlərinin bütün sahələrdə, o cümlədən məhkəmə-hüquqsistemində uğurla inkişaf etdiyini vurğulayıb.
Qonaqlara ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları,bu sahədə tətbiq edilən yeniliklər və Ali Məhkəmənin fəaliyyətibarədə ətraflı məlumat verilib. Qeyd olunub ki, iki ölkə arasındaməhkəmə sahəsində əlaqələrin daha da dərinləşdirilməsi, birgəseminar və təlimlərin təşkili, eləcə də təcrübə mübadiləsiproqramlarının həyata keçirilməsi gələcək əməkdaşlığın inkişafınamühüm töhfə verir.
Qazaxıstan Ali Məhkəmə Şurasının sədri Dmitriy Malaxov səmimiqəbula görə təşəkkür edərək, Azərbaycanla hüquq və ədalət sahəsindəəməkdaşlığın gücləndirilməsinin hər iki ölkənin məhkəməsistemlərinin təkmilləşdirilməsinə xidmət edəcəyini bildirib.
Görüş çərçivəsində ədalət mühakiməsinin təkmilləşdirilməsi, ikidövlətin məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsivə əlaqələrin dərinləşdirilməsi məqsədilə AzərbaycanRespublikasının Ali Məhkəməsi ilə Qazaxıstan Respublikasının AliMəhkəmə Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumuimzalanıb.
Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanışolublar.