Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
26 noyabr tarixində “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına (BOKT) məxsus avtomobilin satışı üzrə hərrac keçiriləcək.
Avtosfer.az xəbər verir ki, hərracda 2012-ci il istehsalı olan “Audi A6” markalı nəqliyyat vasitəsi satışa çıxarılacaq.
Avtomobilin start qiyməti 20 min 500 manat, beh məbləği isə 2 min 50 manat müəyyən olunub.
Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər sənədlərini Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına, hərracın başlanmasına ən geci üç bank günü qalmış təqdim etməlidirlər.
İştirakçılar sənədlərlə yanaşı, “Aqrarkredit” QSC BOKT-un hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surətini də təqdim etməlidirlər.(valyuta.az)
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.