AZ

"Hər dəfə bütün dünya Azərbaycanda prezident-vətəndaş dialoqunun şahidi olur" - Jalə Əliyeva

"Prezident İlham Əliyev ötən gün Zəngilana və Cəbrayıla növbəti səfərini etdi və burada növbəti dəfə yeni açılışların, yeni təməlqoyma mərasimlərinin şahidi oldu. Eyni zamanda, prezident hər zamankı kimi "Böyük Qayıdış" proqramımızın ayrılmaz parçası olan yerli sakinlərlə, vətəndaşlarla görüşdü".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva Prezident İlham Əliyevin dünən Zəngilana və Cəbrayıla etdiyi səfərdən danışarkən bildirdi.

"Bu görüşlərdə çox yadda qalan səmimi söhbətlər, əlbəttə ki, prezidentin insanlara münasibəti, insan amilinə nə qədər böyük diqqət yetirdiyini bir daha göz önünə sərdi. Ölkə rəhbəri bütün dünyada öz xarizması ilə, siyasi aləmdə güclü hadisələr qarşısında dəyişməz mövqeyi, güclü iradəsi və təmkinliyi ilə seçilir. Bütün böyük liderlərə xas olan keyfiyyətlərlə bərabər, prezidentin insani və hümanizm keyfiyyətləri də çox güclüdür və bu dəyərlərə böyük önəm verir. Hər dəfə bütün dünya prezident-vətəndaş dialoqunun şahidi olur. Zəngilanda və Cəbrayılda keçirilən görüşlərdə xalqın dilindən ifadə edilən fikirlər və ayrı-ayrı vətəndaşların prezident haqqında, ölkəmiz haqqında söylədikləri müsbət fikirlər Azərbaycan xalqının dövlətinə və prezidentinə olan inamını və sevgisini əks etdirir" , - deyə millət vəkili vurğuladı.

Xədicə BAXIŞLI 

Seçilən
15
3
redaktor.az

4Mənbələr