
Litva hökuməti çərşənbə günü Belarusla iki əsas sərhəd-keçid məntəqəsini – Medininkay və Şalçininkay məntəqələrini bir ay müddətinə bağlamaq qərarına gəlib.
Yeniavaz.com LRT-yə istinadən xəbər verir ki, məhdudiyyətlər bu gündən etibarən qüvvəyə minir və noyabrın 30-da gecə yarısına qədər davam edəcək. Hökumət bu müddətin uzadılmasını da istisna etmir.
Hökumət qərarına əsasən, Şalçininkay sərhəd-keçid məntəqəsi tamamilə bağlanacaq.
Medininkay isə bəzi istisnalarla qismən fəaliyyətini davam etdirəcək.