Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Atam artıq normal qidalanmağa başlayıb".
Bunu Oxu.Az-a açıqlamasında Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin oğlu Səbuhi Vaqifoğlu deyib.

"Atamın vəziyyəti yaxşılaşır, səhhətində xeyli irəliləyişlər var. Hazırda fizioterapiya alır. Bir aya yaxındır yataq rejimində olduğu üçün bədənində və ayaqlarında müəyyən keyləşmə var idi, yavaş-yavaş o da aradan qaldırılır. Həkimlər bildirir ki, bu cür davam edərsə, yaxın günlərdə evə göndərilməsi gözlənilir", - deyə S.Vaqifoğlu bildirib.
Əzizə İsmayılova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
