AZ

Donald Tramp Hindistanın baş naziri haqqında: Narendra Modi çox gözəl oğlandır

ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modi haqqında yüksək fikirlər səsləndirib.

Cənubi Koreyanın Gyeongju şəhərində keçirilən APEC sammitinin iştirakçıları üçün naharda çıxışı zamanı onu “çox gözəl oğlan” adlandırıb. O, həmçinin Hindistan Baş nazirinin güclü xarakterini də qeyd edib: “O, çətin adamdır. Hindistan Baş naziri deyir ki, “Biz döyüşəcəyik”. Mən də “Ah, bu mənim tanıdığım oğlandırmı?”- deyə düşünürəm”, – deyə ABŞ Prezidenti əlavə edib.

ABŞ Prezidenti izah edib ki, may ayında Pakistanla sülh danışıqlarından sonra Hindistan Baş naziri haqqında bu qiymətləndirməni edib. O, əlavə etdi ki, Narendra Modiyə hörmət edir və onu sevir.

//Samir Qurbanov, Editor.az

Seçilən
30
1
editor.az

2Mənbələr