AZ

Avropa Parlamentində rus mediasına çıxış qadağan edilə bilər

Avropa Parlamentində rus mediasına çıxış qadağan edilə bilər

Avropa Parlamentinin bir qrup deputatı bu qurumun avadanlıqları və daxili şəbəkələri üzərindən Rusiya mediasına çıxışı məhdudlaşdırmaq imkanını müzakirə edir.

AFN.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Söhbət Avropa İttifaqının sanksiya tətbiq etdiyi Rusiya KİV-lərindən gedir. Məhdudiyyətlərə baxmayaraq, bu media orqanlarının materialları hələ də Aİ məkanında onlarla digər veb-sayt vasitəsilə əlçatan olaraq qalır.

Oktyabrın 15-də keçirilən iclasda sağ partiyaları birləşdirən “Avropa Mühafizəkarları və İslahatçılar” fraksiyası bu mənbələrin Avropa Parlamenti deputatları və əməkdaşları üçün tamamilə bağlanması təşəbbüsünü müzakirə edib.

Latviyalı deputat Rixards Kols nəşrə bildirib: “Bu məsələ informasiya təhlükəsizliyi, institusional həmrəylik və Avropa Parlamentinin mövqeyinə inam məsələsidir.” Onun sözlərinə görə, Latviyanın milli tənzimləyicisi bu məsələ ilə bağlı birbaşa Avropa Parlamentinin sədri Roberta Metsolaya müraciət edib.

“Politico”nun əldə etdiyi məlumata əsasən, Metsola belə bir addımı nəzərdən keçirir və eyni zamanda digər Aİ institutlarının oxşar hallarda hansı tədbirlər gördüyünü də araşdırır. Kols ümid etdiyini bildirib ki, qərar yaxın gələcəkdə təqdim olunacaq. Avropa Parlamentinin mətbuat xidməti də bu məsələnin müzakirə edildiyini təsdiqləyib.

Seçilən
22
afn.az

1Mənbələr