AZ

İsrail müdafiə naziri İsrael Katzdan sərt bəyənat

İsrail müdafiə naziri İsrael Katz Fələstin HƏMAS qruplaşmasının liderlərinə toxunulmazlıq verilməyəcəyi barədə xəbərdarlıq edib.

Nazirin sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinə (İMQ) HƏMAS-ın “hər bir hədəfinə qarşı qətiyyətlə hərəkət etmək” tapşırılıb.

Cənab Katz Dohada yaşayan bir neçə HƏMAS siyasi liderinə istinadən vurğulayıb ki, “HƏMAS rəhbərliyində heç kim toxunulmaz qalmayacaq – nə kostyum geyinənlər, nə də tunellərdə gizlənənlər”.

10 oktyabrda İsrail və HƏMAS arasında əldə edilən razılaşmadan sonra Qəzzada atəşkəs qüvvəyə minib. Münaqişənin birinci mərhələsində tərəflər girov mübadiləsi və cəsədlərin təhvil verilməsi, eləcə də qoşunların anklavın bir hissəsindən çıxarılması barədə razılığa gəliblər. Dünən İsrail HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edib və İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına zərbələr endirilməsi əmrini verib. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, 100-dən çox insan həlak olub, yaralananların sayı isə 200-ü keçib.

//Samir Qurbanov, Editor.az

Seçilən
30
editor.az

1Mənbələr