Bloger Hüseyn Həsənovun yeni paylaşımı gündəm olub.
 
 Milli.Az xəbər verir ki, bloger 1 aydır sosial şəbəkə hesabındakı durğunluğun səbəbini açıqlayıb.
 
 Hüseyn saçəkdirmə əməliyyatı etdirib. "Bir çəkiliş zamanı başa düşdüm ki, artıq vaxtıdır. Bəli, bu bir əməliyyat idi - saç əkdirdim. Həkimdən xahiş etdim ki, başımı tam keçəl etməsin. Bundan sonra qərar verdim ki, bir ay sosial şəbəkədən uzaq qalım", - deyə bloger qeyd edib.
 
 Onun bu paylaşımı izləyicilər tərəfdən böyük maraqla qarşılanıb.
 
 Lalə Qüdrətova
 Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg) 
                        
                    