AZ

“Real Madrid” UEFA və La Liqaya qarşı şikayətdə qələbə qazandı

“Real Madrid” Madriddəki Əyalət Məhkəməsinin UEFA, İspaniya Futbol Federasiyası (RFEF) və La Liqanın apellyasiya şikayətlərini rədd etməsini müsbət qərar kimi qiymətləndirib.

İdman.Biz xəbər verir ki, məhkəmə UEFA-nın Superliqa məsələsində Avropa İttifaqının azad rəqabət qaydalarını pozduğunu və dominant mövqedən sui-istifadə etdiyini təsdiqləyib.

“Bu qərar UEFA-nın Superliqa məsələsində Avropa rəqabət qanunlarını pozduğunu və dominant mövqeyindən sui-istifadə etdiyini təsdiqləyir. Qərar klubun üzləşdiyi əhəmiyyətli zərərlərin ödənməsi üçün imkan yaradır”, – deyə klubun açıqlamada bildirilib.

“Real Madrid” həmçinin vurğulayıb ki, 2025-ci il ərzində UEFA ilə dəfələrlə danışıqlar aparılıb, lakin daha şəffaf idarəetmə, maliyyə davamlılığı, futbolçuların sağlamlığının qorunması və azarkeşlər üçün qlobal səviyyədə əlçatan və pulsuz yayım modelləri kimi məsələlərdə razılıq əldə olunmayıb.

İdman.Biz

Məqalədə:
Seçilən
19
1
idman.biz

2Mənbələr