AZ

Tramp ABŞ prezidenti postuna üçüncü dəfə namizəd ola bilərmi?

ABŞ Prezidenti Donald Tramp üçüncü dəfə prezidentliyə namizəd olub-olmaması ilə bağlı açıqlama verib. 

“Cebheinfo.az” xəbər verir ki, o, Konstitusiyaya görə üçüncü dəfə prezident seçkilərinə qatılmasının mümkün olmadığını etiraf edib.

Tramp, “Anketlərdə indiyə qədərki ən yüksək səs faizlərimə çatmışam, amma oxuduqlarıma görə namizəd olmama icazə verilmir. Nə olacağını görəcəyik… Yazıq”, deyə bildirib. 

Xatırladaq ki, ABŞ Konstitusiyası prezidentlərin ən çox iki müddət xidmət etməsinə icazə verir. Tramp, 2017-2021-ci illərdə ilk dönəmini başa vurub, yanvar ayında isə ikinci dönəmində vəzifəyə başlayıb.

Tramp dəfələrlə tərəfdarları “2028-də də prezident ol” çağırışlarını səsləndirdiyini və hətta Ağ Evdəki masasının üzərində “Trump 2028” yazılı qırmızı papaqların olduğunu vurğulayıb.

Qeyd edək ki, üçüncü dönəm müzakirələri, Trampın keçmiş müşaviri Stiv Bannonun keçən həftə The Economist jurnalına verdiyi açıqlamalarla yenidən gündəmə gəlib.

Bannon, “Tramp üçüncü dönəmini alacaq. 2028-də yenidən prezident olacaq. İnsanlar buna alışsa yaxşı olar”, deyə bildirib.

Bannon Konstitusiyadakı dönəm limitini xatırladanlara isə “Bir çox alternativlər var. Uyğun zamanda planı açıqlayacağıq”, deyə cavab verib.

Seçilən
19
cebheinfo.az

1Mənbələr