İranın keçmiş prezidentinin qızına məhkəmə işi açılıb.
"Unikal" “Tasnim News”a istinadən xəbər verir ki, bu gün İranın keçmiş prezidenti Haşimi Rəfsəncaninin (1989-1997) qızı Faizə Haşimiyə məhkəmə işi açılıb.
Məlumata görə, Faizə Haşiminin dünən televiziya kanallarından birinə atasının daxili qüvvələr tərəfindən öldürülməsi ilə bağlı açıqlamasından sonra məhkəmədə hüquqi iş qaldırılıb.
Hökumət mediası bunu “dəqiq olmayan məlumat” adlandırıb və xanım Haşimi izahat üçün məhkəməyə çağırılıb.