AZ

Azərbaycan və Oman ikitərəfli əməkdaşlığı müzakirə edib

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun BayramovOman Sultanlığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlərnaziri Sayid Bədr ibn Həməd ibn Hammud Albusəidi ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə,ikitərəfli görüş, daha sonra çoxtərəfli tərkibdə davam edib.

Görüş zamanı Azərbaycan-Oman ikitərəfli və çoxtərəfli əməkdaşlıqgündəliyində yer alan aktual məsələlər və əməkdaşlıqperspektivləri, habelə regional vəziyyət müzakirə edilib.

Azərbaycan və Oman arasındakı ənənəvi dostluq münasibətlərininmövcud inkişaf səviyyəsi yüksək qiymətləndirilib, qarşılıqlısəfərlərin intensivləşdirilməsi, Xarici İşlər Nazirlikləri arasındasiyasi məsləhətləşmələrin müntəzəmliyinin təmini və ikitərəflihüquq-müqavilə bazasının güncləndirilməsinin əhəmiyyətivurğulanıb.

BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı kimiçoxtərəfli platformalar çərçivəsində qarşılıqlı etimad və dəstəyəəsaslanan əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırılıb.

İqtisadi əməkdaşlıq məsələlərinə toxunularaq, ikitərəfli ticarətdövriyyəsinin həcminin artırılması, qarşılıqlı investisiyalarınstimullaşdırılması, energetika, nəqliyyat-kommunikasiya, kəndtəsərrüfatı, su resurslarının idarəçiliyi, alternativ enerji,turizm, səhiyyə və digər sahələrdə birgə layihələrin həyatakeçirilməsi imkanları müzakirə edilib.

Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun yaradılmasınınölkələrimiz arasında birgə layihələrin icrasına əhəmiyyətli töhfəverəcəyinə dair əminlik ifadə olunub.

Görüş zamanı həmçinin Yaxın Şərqdə vəziyyət, ölkəmizinpost-münaqişə dönəmində sülh və sabitliyin təmin edilməsiistiqamətində addımları, eləcə də qarşılıqlı maraq doğuran digərregional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsiaparılıb.

Daha sonra, nazirlər tərəfindən "Azərbaycan RespublikasıHökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusivə xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsihaqqında Saziş" və "Azərbaycan Respublikasının Xarici İşlərNazirliyi ilə Oman Sultanlığının Xarici İşlər Nazirliyi arasındakonsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"imzalanıb.

Eyni gündə, xarici işlər nazirləri Azərbaycan RespublikasınınOman Sultanlığının paytaxtı Maskat şəhərində Səfirliyinin rəsmiaçılış mərasimində iştirak edib, Səfirliyin binası ilə tanışolublar.

Məqalədə:
Seçilən
34
5
az.trend.az

10Mənbələr