Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın29-da Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudeanı qəbuledib.
Trend xəbər verir ki, qonaqAzərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, buxüsusda Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə bəyannaməninimzalanması, Azərbaycan ilə Ermənistan arasında sülh vədövlətlərarası münasibətlərin qurulması haqqında Sazişinparaflanması münasibətilə dövlətimizin başçısını təbrik etdi, bununbütün regionda sülhün təmin olunmasına və inkişafa xidmət edəcəyinəümidvarlığını bildirdi.
Mirça Abrudean bu gün Bakıda Milli Məclisin xətti ilə keçirilənAzərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirakdanməmnunluğunu ifadə etdi, bu tədbirin yüksək səviyyədə təşkilolunduğunu dedi.
Azərbaycan ilə Rumıniyanın dost və tərəfdaş ölkələr olduğunuvurğulayan qonaq əməkdaşlığın daha da inkişaf etdirilməsi üçüngeniş imkanların mövcudluğunu vurğuladı. Senatın sədri ikitərəflimünasibətlərin inkişafında parlamentlərarası əlaqələrin, həmçininbeynəlxalq parlament təsisatlarında əməkdaşlığın önəmini qeydetdi.
Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısıAzərbaycan Ermənistanla arasında sülh gündəliyinin irəli aparılmasıilə bağlı məsələdə Amerika Birləşmiş Ştatlarının Prezidenti DonaldTrampın xüsusi roluna toxundu, bu istiqamətdə əldə olunmuşnailiyyətlərin bütün region üçün tarixi əhəmiyyət kəsb etdiyinidedi.
Söhbət zamanı Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanıniştirakı ilə Buxarestdə Xəzər dənizinin dibi ilə elektrik kabelxəttinin tikilməsi layihəsinin önəmi vurğulandı, bunun ölkəmizin vəMərkəzi Asiya regionu dövlətlərinin bərpaolunan enerjiresurslarının Avropa bazarlarına çıxarılması baxımındanəhəmiyyətinə toxunuldu.
Görüşdə Azərbaycanla Rumıniya arasında müxtəlif sahələrdəəməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.