AZ

Gəncədə güclü külək iri gövdəli ağacı küçəyə aşırdı - FOTO

GƏNCƏ, 29 oktyabr. TELEQRAF

Bu gün günorta saatlarından başlayaraq güclü küləklə müşayiət olunan hava şəraiti Gəncədə iri gövdəli ağacın aşmasına səbəb olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, şəhərin Atatürk prospektində baş verən təbiət hadisəsi zamanı xəsarət alan olmasada, qırılan ağac piyadaların və avtomobillərin hərəkətində müəyyən çətinliklər yaradıb.

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikaları hadisənin fəsadlarınınaradan qaldırılması istiqamətində işlər həyata keçirilib.

Küçəyə aşan iri gövdəli ağacların doğranaraq ərazidən daşınması təmin edilib.

Seçilən
28
2
teleqraf.com

7Mənbələr