Mərc oynadığı müəyyən edilən türkiyəli hakim Zorbay Küçük iddialara münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o, yaxın ətrafına açıqlamasında özü şəxsən mərc etmədiyini, lakin onun hesabından Argentina Liqasına ümumilikdə 40 TL dəyərində iki mərcin yerləşdirildiyini deyib.
Küçük bu vəziyyətin araşdırılmasını istədiyini və şəxsi olaraq mərc fəaliyyətinə qarışmadığını vurğulayıb.
Hazırda məsələ ilə bağlı araşdırma davam edir.